Mbappenin son durumu açıqlandı
Kilyan Mbappenin Fransa millisinin düşərgəsində aldığı diz zədəsinin ciddi olmadığı bildirilir.
Sportline.az xəbər verir ki, “Real”ın hücumçusu Türkiyə ilə oyunda zədələndikdən sonra milli komandanın düşərgəsini tərk edib.
Son müayinələr futbolçunun əməliyyata ehtiyacının olmadığını göstərib.
İspaniya mətbuatının yazdığına görə, Mbappenin qarşıdakı oyunlara hazır olması gözlənilir.