Portuqaliya Danimarkanın qonağı olacaq

UEFA Millətlər Liqasında 3-cü tura start verilir. 

Sportline.az xəbər verir ki, son çempion Portuqaliya millisi "Parken" arenada Danimarka ilə qarşılaşacaq.

Danimarka meydana optimal heyətlə çıxacaq. Portuqaliyanın superulduzu Kriştiano Ronaldo isə milli komandanın düşərgəsindən ayrılıb.

Qeyd edək ki, start fiti Bakı vaxtı ilə saat 22:45-də başlanacaq görüşü ukraynalı hakim Mikola Balakin idarə edəcək.