“Çelsi” bu transferdən əl çəkmir

“Çelsi”nin “Bornmut”un yarımmüdafiəçisi Aleks Skotta marağı davam edir.

Sportline.az xəbər verir ki, London klubu yay transfer pəncərəsində 23 yaşlı futbolçu üçün 60 milyon avrodan artıq təklif etməyə hazır olub. “Bornmut” həmin təklifi qəbul etməyib.

“Çelsi”nin yanvarda Skott üçün yenidən danışıqlara başlaması ehtimal olunur.