Olisenin sərbəst qalma məbləği bəlli olub

Maykl Olise “Bavariya” ilə yeni müqavilə imzalamağa hazırdır.

Sportline.az xəbər verir ki, lakin fransalı futbolçunun bunun üçün müqaviləyə təxminən 170 milyon funt-sterlinq məbləğində sərbəstqalma maddəsinin əlavə edilməsini tələb etdiyi bildirilir.

“Bavariya” onun hazırkı müqaviləsini 2032-ci ilə qədər uzatmaq və maaşını artırmaq istəyir.

Olisenin hazırkı sözləşməsi 2029-cu ilin yayına qədər qüvvədədir