“Bavariya”dan Harri Keyn açıqlaması

Harri Keyn “Bavariya” ilə yeni müqavilə danışıqlarının müsbət istiqamətdə getdiyini bildirib.

Sportline.az xəbər verir ki, İngiltərə millisinin hücumçusu Münhen klubunda qalmaqla bağlı danışıqların davam etdiyini və prosesin yaxşı getdiyini deyib.

Keynin hazırkı müqaviləsi ilə bağlı yeni anlaşmanın əldə olunması üçün tərəflərin təmasları davam etdirilir.