"Arsenal" və "Çelsi" transfer yarışına girib
"Komo"nun futbolçusu Yakobo Ramon karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportline.az xəbər verir ki, "Arsenal" və "Çelsi" 21 yaşlı stopperi transfer etmək üçün hərəkətə keçib.
Bu haqda "Diario As" nəşri məlumat yayıb.
Qeyd edək ki, Y.Ramon "Real Madrid"in yetirməsidir.