Azərbaycan millisi Şotlandiyaya qarşı
Azərbaycanın U-21 millisi bu gün Avropa çempionatının seçmə mərhələsində 9-cu tur oyununa çıxacaq.
Sportline.az xəbər verir ki, Rəşad Eyubovun komandası səfərdə Şotlandiya ilə qarşılaşacaq. Kilmarnok şəhərində keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.
Azərbaycan millisi seçmə mərhələdə 8 oyundan sonra 7 xalla 5-ci, Şotlandiya isə 11 xalla 4-cü pillədə yer alır.
30 sentyabr
22:30. Şotlandiya - Azərbaycan
Baş hakim: Matyas Ştofrinşau (Norveç)
