“Barselona” “Çelsi”nin gənc ulduzunu izləyir

Barselona” “Çelsi”nin braziliyalı futbolçusu Estevao Villianın vəziyyətini izləyir.

Sportline.az xəbər verir ki, İspaniya klubunun 19 yaşlı hücumçunun London klubundakı mövqeyindən narahat olduğu bildirilir. Estevao bu mövsüm Premyer Liqada əsas heyətdə yer almaqda çətinlik çəkir.

Məlumata görə, futbolçu vəziyyət dəyişməyəcəyi təqdirdə gələn il “Çelsi”dən ayrılmağı düşünə bilər. “Barselona”nın onun durumunu yaxından izlədiyi və gələcəkdə transfer variantını nəzərdən keçirə biləcəyi qeyd olunur.