"Mançester Yunayted"dən 95 milyon avroluq transfer
"Mançester Yunayted” “Atletik”in hücumçusu Niko Uilyams üçün böyük məbləğ ödəməyə hazırlaşır.
Sportline.az xəbər verir ki, İngiltərə klubu ispaniyalı futbolçuya görə 95 milyon avro xərcləməyə hazırdır. Bu məbləğ Uilyamsın transferini “Mançester Yunayted” tarixinin ən bahalı keçidlərindən birinə çevirə bilər.
Klubun yanvar transfer pəncərəsində bu istiqamətdə konkret addım atacağı iddia olunur.