"Real Madrid", "Barselona" yoxsa "Mançester Siti"?

“Barselona” ABŞ futbolunun istedadlı nümayəndəsi Kavan Sallivanı transfer etmək imkanını nəzərdən keçirir. 

Sportline.az xəbər verir ki, 17 yaşlı futbolçunun 2028-ci ildə “Mançester Siti”yə keçməsi ilə bağlı ilkin razılaşma mövcuddur. Lakin İngiltərə klubunun üzləşdiyi hüquqi və maliyyə problemlər fonunda bu anlaşmanın taleyi sual altına düşüb.

“Barselona”nın yaranmış vəziyyətdən istifadə edərək Sallivanı Kataloniya klubuna cəlb etməyə çalışa biləcəyi bildirilir. 

“Real” da amerikalı futbolçu ilə maraqlandığı qeyd olunur.