"Real Madrid"dən Halaand qərarı

Real”ın Erlinq Haalandla bağlı mövqeyi müəyyənləşib.

Sportline.az xəbər verir ki, Madrid klubu “Mançester Siti” ilə bağlı yaşanan maliyyə məsələlərindən asılı olmayaraq norveçli hücumçunu gələn il transfer etmək niyyətində deyil. 

Haalandın “Real”a keçidi uzun müddətdir gündəmdə olsa da, klubun hücum xəttində Kilian Mbappe, Vinisius Junior və digər futbolçuların olması bu variantı çətinləşdirir.

Haalandın “Mançester Siti” ilə müqaviləsi 2033-cü ilə qədərdir.