Mbappenin zədəsi bəlli oldu

Kilian Mbappenin zədəsinin detalları açıqlanıb.

Sportline.az xəbər verir ki, “Real”ın yaydığı məlumata görə, fransalı hücumçunun sol dizinin arxa kapsulunda hiperekstensiya aşkarlanıb. Mbappe Türkiyə ilə oyunda qələbə qolunu vurduqdan az sonra meydanı tərk etmişdi. İlkin məlumata görə, futbolçunun təxminən iki həftə yaşıl meydanlardan kənarda qalması gözlənilir.

Bu halda onun növbəti “El Klasiko”ya qədər hazır olması mümkündür.