“Liverpul” 55 milyon avroluq transferə yaxınlaşır
“Liverpul” “Monako”nun yarımmüdafiəçisi Lamin Kamara ilə bağlı danışıqları davam etdirir.
Sportline.az xəbər verir ki, seneqallı futbolçunun klubun 2027-ci ildə həyata keçirəcəyi ilk transferlərdən biri ola biləcəyi iddia edilir. Kamara yayda “Çelsi”yə keçməyə çox yaxın olsa da, “Monako” son anda razılaşmanı dayandırıb.
London klubu onun üçün 55 milyon avro ödəməyə hazır idi. “Liverpul”un isə futbolçunun vəziyyətini izlədiyi və transfer üçün mövqeyini gücləndirdiyi bildirilir.