Joau Feliks Avropaya qayıtmaq istəyir
Əl-Nəsr”in hücumçusu Joau Feliks karyerasını yenidən Avropada davam etdirmək istəyir.
Sportline.az xəbər verir ki, portuqaliyalı futbolçunun Səudiyyə Ərəbistanındakı vəziyyətindən narazı olduğu və gələcəkdə Avropaya qayıtmağa hazırlaşdığı bildirilir. Feliksin xüsusilə “Barselona”da oynamaq arzusunda olduğu qeyd olunur.
Kataloniya klubu da onun mümkün transfer variantlarından biri kimi göstərilir. Futbolçunun gələcəyi ilə bağlı qərarın yaxın aylarda dəqiqləşəcəyi gözlənilir.