Neto yenidən “Yuventus”da

Neto yenidən “Yuventus”un formasını geyinəcək.

Sportline.az xəbər verir ki, braziliyalı qapıçı Turin klubuna keçidi rəsmiləşdirmək üçün şəhərə gəlib və tibbi müayinədən keçəcək. 36 yaşlı qapıçı“Yuventus”da 2015–2017-ci illərdə çıxış edib.

Onun transferi Kamil Qrabarının zədələnməsindən sonra qapıçı mövqeyində yaranan problemi həll etmək məqsədi daşıyır. 

Neto ilə mövsümün sonuna qədər müqavilə imzalanması gözlənilir.