Frenki De Yonq "Real"a və PSJ-yə qarşı çıxış etməyəcək

"Barselona"nın ulduzundan mənfi xəbər var.

Sportline.az xəbər verir ki, klubun yarımmüdafiəçisi Frenki de Yonqun fiziki cəhətdən hələlik tam hazır olmaması səbəbindən noyabrın 1-dək komandaya kömək edə bilməyəcəyi dəqiqləşib.

Niderlandlı futbolçu bu səbəbdən PSJ və "Real Madrid"ə qarşı keçiriləcək vacib matçlarda iştirak etməyəcək.

Onun yaşıl meydanlara noyabrın 1-dən sonra dönməsi gözlənilir.