"Barselona"da Haalanddı istəyir
“Mançester Siti”nin futbolçusu Erlinq Haalanddın “Barselona”ya mümkün transferi ilə bağlı iddialar yenidən gündəmə gəlib.
Sportline.az xəbər verir ki, bu xəbərlər “Mançester Siti”nin maliyyə pozuntuları ilə bağlı 114 maddə üzrə təqsirləndirilməsi barədə məlumatların yayılmasından sonra daha da aktuallaşıb.
Məlumata görə, “Barselona” norveçli hücumçunun vəziyyətini yaxından izləyir. Kataloniya klubu Haaland üçün növbəti yay transfer pəncərəsində böyük məbləğdə təklif irəli sürmək variantını nəzərdən keçirir.
Qeyd edək ki, Erlinq Haaland “Mançester Siti” ilə müqaviləsi 2034-cü ildə yekunlaşır.