“Mən vəziyyəti dəyişə bilmərəm”

“Liverpul”un hücumçusu Kodi Qakpo yay transfer dönəmində “Mançester Siti”yə keçidinin baş tutmamasından danışıb.

Sportline.az xəbər verir ki, futbolçu hadisələri artıq geridə qoyduğunu bildirib.

“Mən seçim edə bilmərəm. Sadəcə bacardığım işi görməliyəm – futbol oynamaq. Nə baş verəcəyindən narahat olmaq mənə kömək etməyəcək. İndi sadəcə dostlarımla və komanda yoldaşlarımla futbolun dadını çıxarmaq istəyirəm”, – deyə Qakpo bildirib.