Niko Şlotterberq üçün nəhəng klublardan təklif var

"Borussiya Dortmund"un stopperi Niko Şlotterberq Avropa nəhənglərinin transfer hədəfindədir.

Sportline.az xəbər verir ki, "Real Madrid", "Barselona" və "Liverpul" 26 yaşlı futbolçunu heyətinə qatmaq istəyir.

Bu haqda jurnalist Ekrem Konur məlumat yayıb.

Qeyd edək ki,m N.Şlotterberqin dəyəri 55 milyon avrodur.