“Liverpul”un israrı davam edir

“Liverpul” “Real”ın yarımmüdafiəçisi Orelyen Tçuameni ilə bağlı marağını davam etdirir.

Sportline.az xəbər verir ki, İngiltərə klubu futbolçunun nümayəndələri ilə artıq əlaqə saxlayıb. 

“Liverpul” Tçuameni ilə hələ onun “Monako”da çıxış etdiyi dövrdə də maraqlanıb.

Klubun yeni idman direktoru Julian Uordun futbolçunu yaxşı tanıması bu transfer ehtimalını yenidən gündəmə gətirib. Bildirilir ki, tərəflər yay transfer pəncərəsi zamanı da müəyyən təmaslar keçirib.

“Liverpul” həmin vaxt yarımmüdafiəyə yeni futbolçu almamağa qərar versə də, yanvar üçün Tçuameni variantı yenidən müzakirə oluna bilər.