"Çelsi" seneqallı futbolçunu heyətinə qata bilər
“Çelsi” “Monako”nun yarımmüdafiəçisi Lamine Kamara ilə bağlı planlarını dəyişməyib.
Sportline.az xəbər verir ki, London klubunun senegallı futbolçunu yayda transfer etməyə çox yaxın olduğu, lakin razılaşmanın son anda baş tutmadığı bildirilir.
Məlumata görə, tərəflər arasında 55 milyon avroluq razılaşmanın olduğu iddia edilsə də, “Monako” son anda transferdən geri çəkilib.
Bu hadisədən sonra iki klub arasındakı münasibətlərin pisləşdiyi yazılıb. Buna baxmayaraq, “Çelsi” 22 yaşlı futbolçu üçün yanvarda yenidən cəhd edə bilər.
Kamara Enzo Fernandesə alternativ yarada biləcək futbolçulardan biri kimi nəzərdən keçirilir.