"Arsenal" Odeeqarddan xəbər gözləyir

“Arsenal”ın futbolçusu Martin Odeqaardın zədəsi ilə bağlı yeni məlumat yayılıb.

Sportline.az xəbər verir ki, Norveç millisinin kapitanı Portuqaliya ilə oyunda Bernardo Silvanın müdaxiləsindən sonra ayaq biləyindən zədə alıb.
Odeqaard qarşılaşmadan sonra ağrılarının olduğunu və zədənin həmin gecə özünü daha çox hiss etdirəcəyini bildirib.

O, son məşqdə iştirak etməyib və növbəti oyun üçün vəziyyəti hələ tam aydın deyil. Norveç millisinin məşqçilər korpusu futbolçunun zədəsinin ciddi olub-olmadığını müşahidə edir.

“Arsenal” isə Odeqaardın klub qarşısındakı vəziyyəti ilə bağlı yekun tibbi məlumat gözləyir.