"Parma”nın yeni baş məşqçisinin adına aydınlıq gəlib

“Parma”nın yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Sportline.az xəbər verir ki, komanda Alberto Cilardino ilə anlaşıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Mütəxəssis bu vəzifədə Karlos Kuestanı əvəzləyib.

Xatırladaq ki, Cilardino daha əvvəl “Syena”, “Cenoa” və “Piza”da çalışıb.

Qeyd edək ki, “Parma” A Seriyasında 5 turdan sonra 4 xalla 15-ci sıradadır.