"Real Madrid" gözünü "Liverpul"un kapitanına dikib
“Real”ın “Liverpul”un kapitanı Vircil van Deyklə maraqlandığı bildirilir.
Sportline.az xəbər verir ki, niderlandlı müdafiəçinin müqaviləsi mövsümün sonunda başa çatır. Madrid klubu onun azad agent kimi heyətə qatılması variantını nəzərdən keçirir.
“Liverpul”un isə futbolçunun mümkün gedişinə qarşı müdafiənin yenilənməsi üçün təxminən 115 milyon avroluq plan hazırladığı iddia olunur.