7 futbolçu Azərbaycan millisinin heyətindən çıxarıldı
UEFA Millətlər Liqasında bu gün Bakıda Lixtenşteyn ilə üz-üzə gələcək Azərbaycan millisinin heyətində dəyişikliklər var.
Sportline.az xəbər verir ki, milliyə cəlb edilən 30 futbolçudan 7-nin adı matçın iştirak ərizəsinə daxil edilməyib.
Bunlar Renat Dadaşov, Bədavi Hüseynov, Rahil Məmmədov, Rəhman Daşdəmirov, Ceyhun Nuriyev, Mustafa Əhmədzadə və Fərid Yusiflidir.
AFFA-nın mətbuat xidmətindən QOL.az-a verilən məlumata görə, adıçəkilən futbolçulardan yalnız Renat Dadaşov zədə səbəbindən heyətdə yoxdur. Digərləri isə sırf baş məşqçi Ayxan Abbasovun qərarına görə 23-lüyə düşməyib.
Qeyd edək ki, Azərbaycan - Lixtenşteyn görüşü saat 20:00-da start götürəcək.
Azərbaycan millisinin Lixtenşteynlə oyun üçün 23-lüyü belədir
Qapıçılar: Aydın Bayramov (“Zirə”), Rəvan Mirzəmmədov (“Sabah”), Emil Balayev (“Neftçi”)
Müdafiəçilər: Murad Xaçayev (“Neftçi”), Cəlal Hüseynov (“Arda”, Bolqarıstan), Anton Krivotsyuk (“Daejeon Hana”, Cənubi Koreya), Elvin Bədəlov (“Neftçi”), Toral Bayramov (“Bursaspor”, Türkiyə), Tellur Mütəllimov (“Sabah”), Rüfət Abbasov (“Neftçi”)
Yarımmüdafiəçilər: Edqar Adilxanov (“Şamaxı”), Emin Mahmudov ( “Neftçi”), Rəhim Sadıxov (“Turan Tovuz”), Rüfət Abdullazadə (“Kiryat Şmona”, İsrail), Emil Səfərov (“Neftçi”), Abdulla Xaybullayev ( “Sabah”), Aleksey İsayev (“Sabah”), Oruc Məmmədov (“Şamaxı”), Ayxan Hüseynov (“Zirə”), Anatoli Nuriyev ("Kişvarda", Macarıstan),
Hücumçular: Vüsal İsgəndərli (“Malisheva", Kosovo), Musa Qurbanlı (“Qarabağ”), Mahir Emreli (“Rakuv”, Polşa)