“Səbirli olmağa dəyər”

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti “Real”ın hücumçusu Vinisius Juniorun hazırkı formasını şərh edib.

Sportline.az xəbər verir ki, italiyalı mütəxəssis futbolçunun mövsümə yaxşı başlamadığını etiraf edib.

O bildirib ki, Vinisius hazırda ən yaxşı formasında deyil, lakin buna baxmayaraq komandaya təsir edə bilir. Ançelotti 26 yaşlı hücumçunun Braziliya üçün əsas oyunçulardan biri olduğunu vurğulayıb.

“Çox səbirli olacağam, çünki o, bu səbrə layiqdir”, – deyə məşqçi bildirib.