Nikolo Zaniolo zədələnib

“Udineze”nin hücumçusu Nikolo Zanyolo zədələnib.

Sportline.az xəbər verir ki, italiyalı futbolçunun sağ budunun arxa əzələsində dartılma aşkarlanıb.

Zanyolo zədəni İtaliya millisinin düşərgəsində alıb.

Onun bərpa proqramına başladığı və təxminən 3-4 həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilib