"Çelsi" "Barselona"nın futbolçusunu istəyir

“Çelsi”nin “Barselona”nın müdafiəçisi Jül Kunde ilə marağını yenidən gündəmə gətirdiyi iddia olunur.

Sportline.az xəbər verir ki, London klubu yanvarda fransalı futbolçu üçün yeni cəhd edə bilər. Kunde isə “Barselona”da əvvəlki qədər əsas fiqur olmadığını nəzərə alaraq gələcəyini düşünür.

Kataloniya klubunun 27 yaşlı müdafiəçiyə 50 milyon avrodan yüksək təkliflərə baxa biləcəyi bildirilir.

Futbolçu hazırda milli komandanın heyətində də əsas rollardan birini daşıyır. Onun “Barselona” ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir.