Litva millisi Bakıya böyükhesablı qələbə ilə gəlir
UEFA Millətlər Liqasının D Liqasında millimizlə eyni qrupda yer alan Litva yığması dünən yoxlama oyunu keçirib.
Sportline.az xəbər verir ki, komanda Andorra ilə üz-üzə gəlib. Matç litvalıların böyükhesablı qələbəsi ilə başa çatıb.
Litva - Andorra - 3:0
Qollar: Ruzgis, 21-pen., Steponaviçius, 27, Kucys, 90+3
Qeyd edək ki, Litva millisi növbəti görüşünü oktyabrın 4-də Bakıda Azərbaycan yığmasına qarşı keçirəcək.