İrlandiya Avstriya ilə üz-üzə gələcək
UEFA Millətlər Liqasında 3-cü tura start verilir.
Sportline.az xəbər verir ki, İrlandiya millisi "Aviva" stedyumda Avstriya ilə qarşılaşacaq.
Meydan sahiblərində yeganə itki Bosun Lavalın adı ilə bağlıdır.
Qonaqlarda isə itkilərin sayı daha çoxdur. Maykl Qreqortiz, Konrad Laymer zədə, Raul Flourz və Kevin Danso cəza səbəbindən görüşü buraxmalı olacaq.
Qeyd edək ki, start fiti Bakı vaxtı ilə saat 22:45-də səslənəcək qarşılaşmanı niderlandlı hakim Allard Lindhout idarə edəcək.