Azərbaycan Lixtenşteynə qarşı

Azərbaycan milli komandası bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində növbəti oyununa çıxacaq.

Sportline.az xəbər verir ki, D Liqasının 2-ci qrupunda yer alan Ayxan Abbasovun komandası 2-ci turda Lixtenşteynlə üz-üzə gələcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma yerli vaxtla saat 20:00-da başlayacaq. 

Millimiz turnirdə ilk oyununda səfərdə Litva ilə 1:1 hesablı heç-heçə edib. Lixtenşteyn isə ilk turda öz meydanında Litvaya 0:2 hesabı ilə uduzub. 

Qeyd edək ki, hazırda FİFA-nın reytinqində Azərbaycan millisi 125-ci, Lixtenşteyn isə 206-cı yeri tutur.

1 oktyabr

20:00. Azərbaycan - Lixtenşteyn

Baş hakim: Kristian-Petru Çoçirk

Tofiq Bəhramov adına Respublika sadionu