"Liverpul" argentinalı futbolçunu transfer etməyi hədəfləyir
"Liverpul" "Boka Xunyors"un futbolçusu Tomas Arandanı heyətinə qatmağı planlaşdırır.
Sportline.az xəbər verir ki, bu haqda "El İntransigente" nəşri məlumat yayıb.
19 yaşlı oyunçunun dəyəri 12 milyon avrodur.
Qeyd edək ki, T.Arandanın Argentina klubu ilə sözləşməsi 2029-cu ilin dekabr ayının 31-nə qədərdir.