Uels Norveçi qəbul edəcək
UEFA Millətlər Liqasında 3-cü tura start verilir.
Sportline.az xəbər verir ki, A liqasının 4-cü qrupunda Uels doğma meydanda Norveçlə üz-üzə gələcək.
Norveç son 5 qarşılaşmada 3 qələbə, 2 məğlubiyyətlə ayrılıb.
Uelsin isə son 5 oyunda qələbəsi yoxdur. 3 məğlubiyyət, 2 heç-heçə.
Qeyd edək ki, Uels - Norveç görüşü bu gün Bakı vaxtı ilə saat 22:45-də başlanacaq. Görüşü ispaniyalı hakim Joze Alexandro Hernandez Hernandez idarə edəcək.