“Barselona” Nou Kampın açılışını belə qeyd etmək istəyir

İspaniya nəhəngi “Barselona” yeni stadionun açılışını 2026-ci ilin yayında təşkil edəcək.

Sportline.az “Diario As” qəzetinə istinadən xəbər verir ki, “Barselona” rəhbərliyi 2025-ci ilin yayında Erlinq Holandı transfer etmək niyyətindədir. Bu çox çətin vəzifə sayılsada, prezident Xoan Laporta Holandın “Barsa”ya gələcəyinə inanır.

Erlinqin hazır ki, transfer dəyəri 200 milyon avro olaraq təyin edilib.

Holandın müqaviləsi “Mançester Siti”lə 2026-cı ilin yayında başa çatır.

Qeyd edək ki, Erlinq Holand bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 14 matçda 14 qolla yadda qalıb.