“Barselona” qışda “Dortmund”da 40 milyon avro təklif edəcək

"Borussiya Dortmund"un mərkəz müdafiəçisi Niko Şlotterberq karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Sportline.az "E-Noticies" nəşrinə istinadən xəbər verir ki, "Barselona" 25 yaşlı futbolçu üçün 40 milyon avro ödəməyə hazırdır.

Kataloniya klubu Şlotterberq üçün qışda "Dortmund"da rəsmi təklif göndərəcək.

Qeyd edək ki, almaniyalı oyunçu bu mövsüm meydana çıxdığı 10 matçda 1 asistlə yadda qalıb.