“Barselona” Reşfordla bağlı qərar verib

“Mançester Yunayted”in yarımmüdafiəçisi Markus Reşfordun “Barselona”ya transferi gələn yay gerçəkləşə bilər.

Sportline.az xəbər verir ki, hazırda icarə əsasında Kataloniya təmsilçisinin formasını geyinən 27 yaşlı futbolçu klub rəhbərliyinin diqqətini çəkib.

Onun göstərdiyi “heyrətamiz” performans “Barselona”nın Reşfordu birdəfəlik transfer etmək qərarını sürətləndirib.