"Barselona" səfərdə, "Atletiko" öz meydanında sevindi

İspaniya kubokunda 1/4 final mərhələsinin ilk görüşləri yekunlaşıb. SportLine.az xəbər verir ki, yarışın favoritlərindən "Barselona" səfərdə "Real Sosyedad"la qarşılaşıb. Görüş Kataloniya təmsilçisinin qələbəsi ilə yekunlaşıb.

Digər matçda "Atletiko" "Eybar"a aman verməyib.

19 yanvar 2016
İspaniya kuboku, 1/4 final

“Atletiko” – “Eybar” - 3:0
Qollar: 
Qrizman, 28, Korrea, 60, Qameyro, 68

“Real Sosyedad” – “Barselona” - 0:1
Qol: 
Neymar, 21 (pen.)