"Barselona" və "Bavariya" 1/4 finalın bir addımlığında

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsi yekunlaşacaq. SportLine.az xəbər verir ki, son oyun günündə daha iki qarşılaşma keçiriləcək. 

Londonda 2:0 hesablı qələbə qazanan "Barselona" "Arsenal"la cavab görüşündə üstünlüyü qorumağa çalışacaq. Turində məhsuldar heç-heçə edən "Bavariya" isə "Yuventus"la cütün taleyini Münhendə müəyyənləşdirəcək.

16 mart 2016
Çempionlar Liqası, 1/8 final (Cavab oyunları) 


23:45. "Barselona" - "Arsenal"
İlk oyun: 2:0

23:45. "Bavariya" - "Yuventus"
İlk oyun: 2:2