"Barselona" yeni transferlər etməkdə problemlə üzləşib

"Barselona" maiyyə problemləri caynağındadır.

Sportline.az xəbər verir ki, Kataloniya təmsilçisi bu səbəbdən heyətə əl gəzdirməkdə də çətinlik çəkir.

"Sport.es"in məlumatına görə, katalonlar Rafinyanı başqa kluba sata bilməsələr bu yay transfer reallaşdıra bilməyəcəklər.

Səudiyyə Ərəbistanı klubarı Rafinyanın xidmətində maraqlıdırlar.

Həmin klubların sözügedən futbolçu üçün 80 milyon avro ödəməyə hazır olduğu deyilir.

"Barselona" rəhbərliyinin də əsas ümidi məhz Rafinyanın satışınadır. 

Futbolçunun özünün isə "Barsa"nı tərk etmək istəmədiyi bildirilir. 

Son mövsümdə 37 oyua çıxan Rafinya 10 qol, 13 asist müəllifi olub.