"Barselona"da ayrılıq yaşana bilər

"Barselona"nın ispaniyalı futbolçusu Ferran Torres yayda klubdan ayrıla bilər.

Sportline.az xəbər verir ki, "Mançester Yunayted" sözügedən oyunçunu heyətinə qatmaq niyyətindədir.

Bu haqda "Team Talk" nəşri məlumat yayıb.

Qeyd edək ki, 26 yaşlı hücumçu bu mövsüm meydana çıxdığı 40 oyunda 16 qol, 1 asistlə yadda qalıb.