“Barselona”da ciddi itki
İspaniyanın “Barselona” komandasının hücumçusu Robert Levandovski zədələnib.
Sportline.az "Diario As" nəşrinə istinadən xəbər verir ki, 36 yaşlı polşalı forvardın sol bud əzələsində ağrılar müşahidə olunur.
Bu səbəbdən Levandovski bazar günü Joan Qamper Kuboku çərçivəsində İtaliya təmsilçisi “Komo” ilə keçiriləcək oyunu buraxacaq.
Futbolçunun sağalaraq komandaya nə vaxt qoşulacağı hələlik məlum deyil.