“Barselona”da ciddi itki

"Barselona”nın 18 yaşlı ulduzu Lamin Yamal yenidən zədələnib.

Sportline.az xəbər verir ki, bu barədə Kataloniya klubu məlumat yayıb.

Bildirilib ki, hadisə Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda PSJ-yə qarşı (1:2) oyun zamanı baş verib.

Klubun açıqlamasında deyilir ki, gənc futbolçu La Liqanın 8-ci turunda “Sevilya” ilə qarşılaşmada iştirak etməyəcək. Onun sağalma müddətinin təxminən 2-3 həftə olduğu bildirilir.