“Barselona”da itkilər yaşanıb
İspaniyanın “Barselona” klubunda ciddi heyət problemləri yaranıb.
Sportline.az xəbər verir ki, La Liqa təmsilçisinin qapıçısı Xoan Qarsiya və cinah oyunçusu Rafinya zədə səbəbindən sıradan çıxıblar. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İspaniyalı qapıçı dizindəki zədə ilə üzləşib. 24 yaşlı qolkiperin 4-6 həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilib.
Rafinyada isə əzələ problemi aşkarlanıb. Braziliyalı futbolçunun 3 həftə sonra məşqlərə qoşulacağı gözlənilir.