"Barselona"da problem

“Barselona”nın yeni transferləri hələ də qeydiyyata alınmayıb.

Sportline.az xəbər verir ki, “Barselona”nın yay transfer pəncərəsində heyətinə qatdığı Markus Raşford və Xoan Qarsiya hələ də rəsmi qeydiyyata düşməyib. Bu səbəbdən hər iki futbolçunun La Liqanın ilk turunda “Malyorka” ilə oyunu buraxacağı gözlənilir.

Kataloniya klubunun rəhbərliyi hazırda əsas diqqətini qapıçı Xoan Qarsiyanın qeydiyyatına yönəldib. Digər yeni transfer Runi Bardci isə hazırda klubun B komandasında qeydiyyatdan keçib.