"Barselona"da Ter Ştegen problemi davam edir

Qapıçı Mark-Andre ter Ştegen ardıcıl dördüncü gündür ki, “Barselona”nın əsas komandası ilə deyil, fərdi şəkildə zalda məşq edir.

Sportline.az "Diario As" qəzetinə istinadən xəbər verir ki, 33 yaşlı alman qapıçı mövsümöncəsi hazırlığın ilk günündən – bazar günündən bəri kollektiv məşqlərdən kənarda qalıb və klub tərəfindən hələ də zədəli olduğu bildirilib.

Bu vəziyyət “Barselona”nın qapıçı heyətində baş verən ciddi dəyişiklik fonunda diqqət çəkir.

Yeni transfer Joan Qarsiya və təcrübəli Voytsex Şesnı klubun əsas qapıçı dueti kimi ön plana çıxır.

Qeyd edək ki, Ter Ştegenin adı "Mançester Siti" ilə hallanır.