"Barselona"dan Adeyemi həmləsi
"Barselona" "Borussiya Dortmund" klubunun almaniyalı futbolçusu Karim Adeyemini rənglərinə bağlamaq istəyir.
Sportline.az xəbər verir ki, Kataloniya klubunun rəhbərliyi oyunçunun çox bəyənir.
Bu haqda "Sport Bild" nəşri məlumat yayıb.
Qeyd edək ki, K.Adeyemi bu mövsüm meydana çıxdığı 13 matçda 3 qol, 5 məhsuldar ötürmə müəllifi olub.
Onun Almaniya klubu ilə sözləşməsi 2027-ci ilin iyun ayına qədərdir.
Xatırladaq ki, 23 yaşlı sağ cinah vingerinin dəyəri "Transfermarkt" portalına görə, 45 milyon avrodur.