"Barselona"dan ayrılmaq üzrədir
"Barselona"nın forvardı Robert Levandovski yayda azad agent kimi klubdan ayrılacaq.
Sportline.az xəbər verir ki, bu haqda "Cadena SER" nəşri məlumat yayıb.
37 yaşlı futbolçu cari mövsüm meydana çıxdığı 43 matçda 18 qol, 4 asistlə yadda qalıb.
Qeyd edək ki, Levandovskinin adı MLS-in "Çikaqo Fayr" klubu ilə hallanır.