“Barselona”dan böyük hesablı qələbə

İspaniya Çempionatının lideri “Barselona” öz meydanında “Sevilya” ilə qarşılaşıb.

Sportline.az xəbər verir ki, “kataloniyalılar” rəqibini 5:1 hesabı ilə məğlub edib.

Qollar: Robert Levandovski 29 (pen), 39, Pedri 28, Pablo Torre 82,88, Stanis Muzambo 87.

Qeyd edək ki, “Barselona” 27 xalla turnir cədvəlinə başçılıq edir. “Sevilya” isə 12 xalla 13-cü pillədə yer alır.