“Barselona”dan maraqlı addım

“Barselona” klubu 26 oktyabrda keçiriləcək El Klassikoda meydana məşhur musiqi qrupu “Coldplay”in loqosunu daşıyan formayla meydana çıxacaq.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, məşhur musiqi şirkəti olan “spotify” İspaniya klubuna bu addımı atmaqı tövsiyə edib.

“Spotify” şirkəti 2023-cü ildən “Barselona”nın əsas sponsoru sayılır.

Qeyd edək ki, “Real Madrid” – “Barselona” matçı oktyabrın 26-sı saat 23:00 başlayacaq.