"Barselona"nı "Qalatasaray"a dəyişə bilər
"Qalatasaray" yeni qapıçı axtarışlarını davam etdirir.
Sportline.az "Ntvspor.net"ə istinadən xəbər verir ki, "Cim-Bom" bu məqsədlə "Barselona" klubuna müraciət edib.
"Sarı-qırmızılar" İspaniya təmsilçisindən İnaki Penyanı transfer etmək niyyətindədir.
Voyslav Şesnının komandaya qoşulmasından sonra meydanda az şans qazanan İnaki, "Barselona" ilə müqaviləsini yeniləməklə bağlı razılığa gəlməyib.
Qeyd edək ki, Penya daha əvvəl 2021/22 mövsümündə İstanbul təmsilçisinin formasını geyinib.